Mobil versiya
Amnistiya aktı çərçivəsində 17 saylı cəzaçəkmə müəssisəsindən 122 məhkum azadlığa buraxılıb
Tarix: 03-12-2021 | Saat: 14:44
Bölmə:Gündəm | çapa göndər

Amnistiya aktı çərçivəsində 17 saylı cəzaçəkmə müəssisəsindən 122 məhkum azadlığa buraxılıb


Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Trend-in məlumatına görə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, amnistiya müəssisədə ümumilikdə 49 nəfərə şamil edilib.

"Daha əvvəl müəssisədən Amnitsiya aktı tətbiq edilən 73 nəfər azad edilib. Ümumilikdə bu cəzaməkmə müəssisəsindən 122 nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, 5 noyabr tarixindən icrasına başlanılan amnitsiya aktı bitənə qədər bu qərarın 17 saylı Cəzaçəkmə müəssisəsindən 500-dən çox məhkuma şamil edilməsi gözlənilir", - A.Sabitova deyib.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

İndiyə qədər akt 1787 şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-03-2025