Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə ZƏNG ETDİ
Tarix: 30-11-2021 | Saat: 15:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə telefon danışıqları olub.
aia.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, H. Akar hərbi helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.
“Hulusi Akar dost və qardaş Azərbaycan xalqına da başsağlığı verib”, - bildirilib.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-02-2025