Mobil versiya
Universal Döyüş Federasiyasının yeni uğuru
Tarix: 22-11-2021 | Saat: 11:41
Bölmə:İdman | çapa göndər

Universal Döyüş Federasiyasının yeni uğuru

2021-ci il 21 noyabr tarixində Bakı şəhərində Universal Döyüş İdman növü uzrə Klublararası Turnir keçirilib. Turnirdə 17 klubu təmsil edən 150 idmançı iştirak edib. Yarışlar 4 yaş qrupu üzrə təşkil olunub. Turnirdə fərqlənən idmançılar Universal Döyüş Federasiyası tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə təltif olunublar. Turnirin gedişində çıxış edən Azərbaycan və Beynəlxalq Universal Döyüş Federasiyalarının prezidenti Azər Həsənov 8-12 dekabr 2021-ci il tarixlərdə qardaş ölkə Türkiyənin Antalya şəhərində keçiriləcək Universal Döyüş İdman növü uzrə Dünya çempionatına hazırlıq işlərindən söz açıb. Həmçinin federasiya prezidenti Dünya çempionatı ərəfəsində Bakıda keçirilən turnirin əhəmiyyətini qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024