Sosial şəbəkələrdə paylaşım edən bir qrup hərbçi ordudan tərxis edilib - Nazir
Tarix: 20-11-2021 | Saat: 11:33
Bölmə:Gündəm | çapa göndər
Son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub.
Trend-in məlumatına görə, bu barədə müdafiə naziri Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə zamanı deyib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib:
"Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib", - nazir qeyd edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-02-2025