Mobil versiya
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə bağlı Qazax rayon təşkilatı tərəfindən videoformatda konfrans keçirilib - FOTOLAR
Tarix: 19-11-2021 | Saat: 16:27
Bölmə:Gündəm | çapa göndər

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə bağlı Qazax rayon təşkilatı tərəfindən videoformatda konfrans keçirilib


19 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə bağlı Qazax rayon təşkilatı tərəfindən videoformatda konfrans keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edib. Yeni Azərbaycan Partiyasının yaranmasından, tarixi xidmətlərindən ətraflı danışıb. Qeyd edib ki, xalq-iqtidar birliyinin nəticəsi olaraq ötən il Ordumuz mənfur ermənilər üzərində tarixi zəfərə imza atdı, işğal altında olan torpaqlarımız azadlığa qovuşdu. Ümummilli Lider Heydər Əliyevin idealarını uğurla həyata keçirən YAP sədri, ölkə prezidenti cənab İlham Əliyev müstəqil dövlətimizi məharətlə idarə edir. Qarşıya qoyulan bütün vəzifələr icra olunur. Görülən bütün işlərdə partiya üzvləri fəallıq nümayiş etdirirlər.

Konfransda YAP Qazax rayon təşkilatı partiya fəalı Anar Nəbiyev, Qazax şəhər Q.Hacımahmudova adına orta məktəbi ərazi ilk partiya təşkilatının sədri Yeganə Göyüşlü, BDU Qazax filialı ərazi ilk partiya təşkilatının sədri Hamlet İlyasov çıxış ediblər. Partiyamızın 29 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan danışdılır.

Konfransı YAP Qazax rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Həmid Pənahov yekunlaşdıraraq Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibəti ilə təbriklərini çatdırdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025