Mobil versiya
Azərbaycan gimnastı Batut Gimnastikası və Tamblinq üzrə Dünya Çempionatında finala çıxıb
Tarix: 19-11-2021 | Saat: 15:40
Bölmə:İdman | çapa göndər

Azərbaycan gimnastı Batut Gimnastikası və Tamblinq üzrə Dünya Çempionatında finala çıxıb

Azərbaycan gimnastı Mixail Malkin Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında finala çıxıb.

Tamblinq yarışlarında çıxış edən gimnast iki cəhdin yekununda 75.200 xal toplayıb.

M.Malkin təsnifat mərhələsində üçüncü yeri tutub.

Tamblinq üzrə finala, həmçinin Aleksandr Lisitsın (Rusiya, 75.800 xal), Vadim Afanasyev (Rusiya, 75.500 xal), Kaden Braun (ABŞ, 74.900 xal), Uilyam Koen (Böyük Britaniya, 72.800 xal), Kristof Uillerton (Böyük Britaniya, 71.800 xal), Martin Abildqor (Danimarka, 70.800 xal) və Adam Mattisen (Danimarka, 70.800 xal) yüksəlib.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024