Mobil versiya
DİN Yasamalda əməliyyat keçirdi: 10 nəfər saxlanıldı
Tarix: 18-11-2021 | Saat: 12:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

DİN Yasamalda əməliyyat keçirdi:

Yasamal rayonunda son 7 gündə keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 7 gündə həyata keçirilən əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılaraq ərazi üzrə şöbə və bölmələrinə gətiriliblər. Əməliyyat nəticəsində paytaxt sakinləri Emin Muradov, Cavad Qasımov, Elman Baxışov, Vaqif Mahmudov, Vüsal Saidov, Eldəniz Ələkbərov, Toğrul Əliyev, Seymur Qənbərov, Nemət Qənbərov və Cavid Məhərrəmov tutulublar. Onların üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025