Mobil versiya
İsveçrə və İngiltərə yığmaları DÇ-2022-nin final mərhələsində
Tarix: 16-11-2021 | Saat: 09:05
Bölmə:İdman | çapa göndər

İsveçrə və İngiltərə yığmaları DÇ-2022-nin final mərhələsində

İsveçrə və İngiltərə milli komandaları 2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində öz qruplarında birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıblar.

Seçmə mərhələnin son turunda İsveçrə milli komandası öz meydanında 4:0 hesabı ilə Bolqarıstan komandasını, İngiltərə yığması isə səfərdə 10:0 hesabı ilə San-Marino komandasını məğlub edib.

Qeyd edək ki, 2022-ci ilin 21 noyabr - 18 dekabr tarixlərində Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə artıq Belçika, Braziliya, Almaniya, Danimarka, İspaniya, Serbiya, Fransa, Xorvatiya yığmaları vəsiqə qazanıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024