Mobil versiya
Yasamal rayonunda yeni futbol meydançası istifadəyə verilib
Tarix: 15-11-2021 | Saat: 12:45
Bölmə:Gündəm | çapa göndər

Yasamal rayonunda yeni futbol meydançası istifadəyə verilib

Bu gün Azərbaycanda abadlıq-quruculuq işlərinin miqyası getdikcə artmaqdadır. Xüsusilə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də daha böyük ruh yüksəliyini təmin etmiş, görülən işlərin intensivliyinin artmasını stimullaşdırmışdır.

O cümlədən son vaxtlar abadlıq-quruculuq işlərinin getdikcə genişləndiyi rayonlardan biri də Bakının Yasamal rayonudur. Bu gün rayonun abadlaşdırılması, sakinlərin rahatlıqlarının təmin edilməsi və xüsusən də gənc nəslin asudə vaxtlarını səmərəli keçirə bilməsi üçün şəraitin yaradılması kimi məsələlər rayon rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanılır. Bu baxımdan Yasamal rayonu ərazisində idman qurğularının inşası mühüm əhəmiyyət kəsb edir. O cümlədən noyabr ayının 12-də rayonun N.Nərimanov küç, 57/24 ünvanında millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü ilə rayon İcra Hakimiyyəti, AFFA və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü futbol meydançası sakinlərin istifadəsinə verilib. Burada gənclərin xüsusilə bu karantin şəraitində fiziki tərbiyə və idmanla məşğul olmaları üçün hər bir şərait yaradılmışdır. Həmçinin bina sakinlərinin istirahəti üçün yeni skamyalar və söhbətgahlar qoyulmuşdur.

Qurğunun açılışı münasibətilə keçirilən tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Elnur Allahverdiyev,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, əfsanəvi futbolçular İsgəndər Cavadov, Vəli Qasımov, tanınmış hakim Rüstəm Rəhimov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, növbəti meydançanın istifadəyə verilməsi yerli sakinlərin səmərəli asudə vaxtı üçün gözəl imkanlar yaradacaq. Elşad Həsənov ölkəmizdə, o cümlədən Yasamal rayonunda, geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd etdi. Bu mənada Heydər Əliyev Fondu və İDEA ictimai birliyi tərəfindən görülən işlər xüsusi vurğulandı. Bildirildi ki, son illər İDEA tərəfindən qurulmuş və abadlaşdırılmış “Bizim həyət”-lərdən bu gün Yasamal sakinləri geniş istifadə edir. Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Yasamal rayonunda da yüksək templə davam edir.

Qeyd edək ki, son zamanlarda Yasamal rayonu ərazisində ardıcıl olaraq bir neçə futbol meydançası inşa olunaraq sakinlərin istifadəsinə verilib. Sonuncu dəfə belə bir idman qurğusu iyun ayının 9-da “5 mərtəbə” kimi tanınan ərazidə tikilib istifadəyə verilmişdi.

Ümumiyyətlə, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərində Yasamal Bələdiyyəsinin rolu kifayət qədər böyükdür. Tahir Məmmədovun rəhbərlik etdiyi Bələdiyyənin üzvüləri müntəzəm olaraq şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin və iştirakçılarının problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirirlər. Həmçinin bu günlərdə rayon ərazisində Vətən müharibəsi Şəhidlərinin ailə üzvülərinin yaşadıqları Vasif Əliyev küçəsi 222, Vasif Əliyev küçəsi 245, Zaur Kərimov küçəsi 252, II Alatava 74/6, Xaqan Dadaşov küçəsi 23, Məhəmməd Xiyabani küçəsi 362-368 və Xaqan Dadaşov küçəsi 227 ünvanlarda Yasamal Bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri aparılmış, məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025