Mobil versiya
Türkiyədə keçiriləcək dünya çempionatı təxirə salındı
Tarix: 11-11-2021 | Saat: 12:25
Bölmə:İdman | çapa göndər

Türkiyədə keçiriləcək dünya çempionatı təxirə salındı

Dekabrda Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan qadınlar arasında boks üzrə dünya çempionatı 2022-ci ilə təxirə salınıb.

AİA.Az qol.az-a istinadən xəbər verir ki, bu qərar ölkədəki epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.

AIBA prezidenti Umar Kremlyov bildirib ki, təşkilatçılar üçün yarış iştirakçılarının sağlamlığı birinci yerdə durur: "Biz bilirik ki, bəzi komandalar artıq dünya çempionatına hazırlığa başlayıblar və bu qərardan məyus olacaqlar. Bununla belə, idmançılarımızın, rəsmilərin və digər maraqlı tərəflərin təhlükəsizliyi və rifahı prioritet məsələdir. Ona görə də risk edə bilmərik".

Qeyd edək ki, yarış 6 - 19 dekabrda təşkil olunmalı idi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024