Mobil versiya
Felipe Santos “Keşlə”ni digər klubumuza dəyişir
Tarix: 10-11-2021 | Saat: 10:32
Bölmə:İdman | çapa göndər

Felipe Santos “Keşlə”ni digər klubumuza dəyişir

Felipe Santosun "Keşlə"ni hansı kluba dəyişmək istəməsinin səbəbi məlum olub.

AİA.Az apasport.az-a istinadən bildirir ki, yayda Sloveniyadan Azərbaycana gələn braziliyalı legioner öz gələcəyini "Zirə"də görür.

"Maribor"un sabiq hücumçusu daha yaxşı şərtlətlə "qartallar"ın formasını geyinmək niyyətindədir. Yayda "Keşlə" ilə 1 illik müqavilə imzalayan "sambaçı" istəyi barədə klub rəhbərliyini məlumatlandırıb.

Cənubi amerikalı qış fasiləsində müqaviləni pozmağı düşündüyünü bildirib. Onu narazı salan Sənan Qurbanovun münasibətidir.

Baş məşqçinin tez-tez əcnəbi futbolçuları mətbuatın "önünə atması", uğursuzluqların müqəssirləri qismində onları nişan verməsi "sambaçı"nı boğaza yığıb.

"Keşlə"nin mövsümlərarası fasilədə heyətinə qatdığı yeganə səviyyəli legioner olan Felipe belə şəraitdə klubda qalmağı mənasız hesab etdiyini bildirib.

"Neftçi" ilə oyunda sərgilədiyi əla performans "Zirə"də də ona qarşı güclü maraq yaradıb. Braziliyalı vurduğu 1 qol və 2 məhsuldar ötürmə ilə paytaxt derbisinin taleyini öz komandasının xeyrinə dəyişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024