Mobil versiya
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinala yüksəlib
Tarix: 06-11-2021 | Saat: 18:15
Bölmə:İdman | çapa göndər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın daha 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.

6-cı yarış günündə İntiqam Vəlizadə (61 kq), Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) qüvvəsini sınayıb. Abubakr Abakarov (86 kq) səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.

Vəlizadə ilk görüşündə Fransa təmsilçisi Arman Eloyana uduzub. Bayramov təsnifatda ukraynalı Vadim Kirilenkoya qalib gəlsə də, 1/8 finalda rusiyalı Çermen Valiyevlə bacarmayıb. Onların

Nurməhəmmədov isə ardıcıl olaraq moldovalı Andrian Qrosul və almaniyalı Yohannes Mayer ilə dueldən qalib ayrılaraq, yarımfinala yüksəlib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024