Mobil versiya
Alfonso Dominges Azərbaycanın 5-ci dünya çempionudur
Tarix: 06-11-2021 | Saat: 12:53
Bölmə:İdman | çapa göndər

Alfonso Dominges Azərbaycanın 5-ci dünya çempionudur

Alfonso Dominqes dünya çempionu tituluna yiyələnən 5-ci Azərbaycan boksçusu olub.

Federasiyadan " verilən məlumata görə, Serbiyanın paytaxtı Belqradda qızıl medal qazanan Avropa Oyunlarının qalibinə qədər 4 idmanşı belə uğura imza atıb.

Onlardan Məhəmmədrəsul Məcidov (+91 kq) 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla rekordçudur. Boksçu 2011-ci, 2013-cü və 2017-ci illərdə birinci yeri tutub. Yığmaya ilk qızıl medalı 2003-cü ildə Banqkokda Ağası Məmmədov (54 kq) qazandırıb. Cavid Çələbiyev (56 kq) 2013-cü ildə, Elvin Məmişzadə (52 kq) isə 2015-ci ildəki mundialda Azərbaycan himnini səsləndirib. Ümumilikdə 5 çempion 7 qızıl medal əldə edib.

Yığma indiyədək dünya çempionatlarında 22 mükafata sahib olub. Onlardan 7-si qızıldırsa, 4-ü gümüş, 11-i bürüncdür.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanan Alfonso dünya çempionatının finalında finalda braziliyalı Keno Maçadoya qalib gəlib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024