Mobil versiya
Samux rayonunda “Dəmir Yumruq” devizi altında Qol Güləşi idman növü üzrə rayon birinciliyi keçirildi
Tarix: 04-11-2021 | Saat: 17:46
Bölmə:İdman | çapa göndər

Samux rayonunda “Dəmir Yumruq” devizi altında Qol Güləşi idman növü üzrə rayon birinciliyi keçirildi

04.11.2021-ci il tarixdə Samux rayonunda Vətən müharibəsi iştirakçılarının və şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Dəmir Yumruq” devizi altında Qol Güləşi idman növü üzrə Samux rayon birinciliyi keçirildi. Tədbir YAP Samux rayon təşkilatının, Samux rayon Gənclər və İdman İdarəsinin, Samux rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə təşkil edilmişdir. Yarışda Samux rayon məktəblərinin şagirdləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq, tədbir iştirakçılarını qarşıdan gələn Şanlı Zəfər Günü münasibətilə təbrik etdi, yarış iştirakçılarına uğurlar arzuladı.

23 komandanın iştirak etdiyi yarışda her komanda 3 nəfər olmaqla 5 çəki dərəcəsində məktəblilər güclərini sınadılar. Çəki dərəcələri 40-45, 50-55, 60-66, 70-75 və 80+ nəzərdə tutulmuşdur.Yarışın sonunda qaliblərin adları və məktəbləri elan olundu.Belə ki, Sərkar kənd tam orta məktəbin komandasından Ələsgərov Nizami və Əsədov Asim, Qaraağac tam orta məktəbin komandasından Nurməmmədov Camal, İnstitut qəsəbə tam orta məktəbin komandasından Rizmanov Məhəmməd, Lək tam orta məktəbin komandasından İbrahimov Seyxan qalib gəldilər.

Qalib gələn hər bir pəhləvan diplomla təltif olundu.Sonda tədbir iştirakçıları YAP Samux rayon təşkilatının inzibati binasının qarşısında xatirə şəkli çəkdirdilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024