Mobil versiya
“Facebook” ucuzlaşmağa başlayıb
Tarix: 26-10-2021 | Saat: 16:26
Bölmə:Dünya | çapa göndər

“Facebook” ucuzlaşmağa başlayıb

“Facebook” şirkətinin səhmləri Nyu-York birjasında bu gün keçirilən hərrac zamanı ucuzlaşıb.

aia.az xəbər verir ki, hərracın lap əvvəlində 1,18 faiz (3,84 dollar) dəyər itirən səhmlər sonrakı dəqiqələrdə bir qədər sabitləşib, sonradan isə 0,32 faiz (1,05 dollar) bahalaşıb.

Qeyd edək ki, bu gün dünyanın bir çox KİV-i “Facebook”-un fəaliyyətindəki problemlərlə bağlı araşdırmalar barədə xəbərlər yayıb. AP xəbər verib ki, ABŞ-ın 17 nüfuzlu KİV-i tərəfindən hazırlanmış “The Facebook Papers” adlı araşdırmada şirkətin sabiq əməkdaşı Fransis Haugen tərəfindən təqdim edilən minlərlə daxili sənəd təhlil olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024