Mobil versiya
Karantin qaydalarını heçə sayaraq müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı - VİDEO
Tarix: 25-10-2021 | Saat: 17:39
Bölmə:Media | çapa göndər

Karantin qaydalarını heçə sayaraq müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı -

Abşeronda karantin qaydalarını pozan və müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Rich” çay evində qəlyandan istifadə edilməsi barəsində polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı Rəvan Əliyev və daha altı müştəri polis tərəfindən saxlanılıb.

Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və hər biri cərimə olunub. Obyektin icarədarı barəsində yazılan protokol tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilib.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə