Ana Sayfa > Media > Karantin qaydalarını heçə sayaraq müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı -

Karantin qaydalarını heçə sayaraq müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı -


25-10-2021, 17:39. Yazar: sevinc1
Karantin qaydalarını heçə sayaraq müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı -

Abşeronda karantin qaydalarını pozan və müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Rich” çay evində qəlyandan istifadə edilməsi barəsində polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı Rəvan Əliyev və daha altı müştəri polis tərəfindən saxlanılıb.

Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və hər biri cərimə olunub. Obyektin icarədarı barəsində yazılan protokol tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilib.

aia.az


Geri dön