Mobil versiya
Sabirabad rayonunun Dadaşbəyli kəndində Vətən müharibəsinin şəhidi Şəmsəddin Vəliyevin xatirəsinə tikilən şəhid bulağının açılışı olub - FOTOLAR
Tarix: 22-10-2021 | Saat: 15:54
Bölmə:Seçki 2024 | çapa göndər

Sabirabad rayonunun Dadaşbəyli kəndində Vətən müharibəsinin şəhidi Şəmsəddin Vəliyevin xatirəsinə tikilən şəhid bulağının açılışı olub

22.10.2021-ci il tarixində Sabirabad rayonunun Dadaşbəyli kəndində Vətən müharibəsinin şəhidi Şəmsəddin Vəliyevin xatirəsinə tikilən şəhid bulağının açılışı olub.

Tədbirdə YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəal üzüvləri ilə yanaşı şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildiriblər, şəhid və qazilərin göstərdiyi qəhrəmanlığın gənc nəsillər üçün örnək olduğunu vurğulayıblar.
Şəhid Şəmsəddin Vəliyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını çatdırıblar.

aiaaz



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024