Mobil versiya
Samuxda şəhidin il dönümü qeyd edildi.
Tarix: 19-10-2021 | Saat: 16:40
Bölmə:Seçki 2024 | çapa göndər

Samuxda şəhidin il dönümü qeyd edildi.

19 oktyabr 2021- ci il tarixdə Samux rayonunun Füzuli kəndində 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalan şəhidimiz Ağamalıyev Ağamməd Elgiz oğlunun ildönümü qeyd olunub. Anım mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidimizin ruhuna dualar oxunub. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, müharibə zamanı göstərdiyi misilsiz şücaətdən bəhs edilib.

Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Oktyabrın 19-da Füzuli istiqamətində qəhrəmancasına vuruşaraq şəhadətə yüksələn şəhidimiz Ağamməd Ağamalıyev ölümündən sonra “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı, “Füzulinin azad olunmasına görə ” medalı ilə təltif edilib. Allah vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn bütün qəhrəmanlarımıza rəhmət eləsin. Onların əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024