Mobil versiya
YAP Sabirabad rayon təşkilatının fəalları şəhid ailələri ilə görüşlri davam edir
Tarix: 19-10-2021 | Saat: 15:52
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Sabirabad rayon təşkilatının fəalları şəhid ailələri ilə görüşlri davam edir


YAP Sabirabad rayon təşkilatının fəalları rayonun Surra kəndindən olan, 44 günlük Vətən müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimizin - Mayılov Bəxtiyar İxtiyar oğlunun və Əsgərov Firavan Xanbala oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün salınan abidə və bulaq kompleklərinin açılışında iştirak ediblər.
Açılışda YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəal üzüvləri ilə yanaşı şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib, şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə şəhidlərimizin​ ​ həyat yolundan, döyüş şücaətlərindən danışılıb. Tədbirdə çıxış edən şəhidlərimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə ediblər. Buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024