Mobil versiya
27 yaşlı azərbaycanlı Rusiyada intihar edib
Tarix: 03-05-2016 | Saat: 19:35
Bölmə:Seçilənlər-6 | çapa göndər

27 yaşlı azərbaycanlı Rusiyada intihar edib






Rusiyanın Yaroslavl şəhərində 27 yaşlı azərbaycanlı Şaiq Ağabalayev intihar edib.

Neftçala rayon sakinlərinin məlumata görə, Şaiqin atası Camaləddin uzun illər Neftçalada tikinti idarələrindən birinin müdiri işləyib. Amma 25 il əvvəl ailəsini də götürərərk Rusiyanın Yaroslavl şəhərinə köçüb. Balaca Şaiq isə Həsənabad kəndində babası Mehracın himayəsində böyüyüb. O da orta məktəbi bitirdikdən sonra valideynlərinin yanında yaşamaq üçün Yaroslavla gedib.

İntihar hadisəsinin isə ailə münaqişəsi zəminində valideynlərinin gözləri qarşısında baş verdiyi deyilir. Şaiq ov tüfəngi ilə atəş açaraq özünü öldürüb.

Mərhumun cənazəsinin yaxın vaxtlarda Neftçala rayonuna gətirilərək dəfn olunacağı gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024