AZ RU Mobil versiya
Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bilik yarışması keçirildi
Tarix: 15-10-2021 | Saat: 15:48
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş  bilik yarışması keçirildi


2021-ci il oktyabrın 15-də YAP Samux rayon təşkilatının, Samux rayon Gənclər və İdman İdarəsinin, Samux rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ənənəvi Bilik yarışması keçirildi. 21 məktəbin yuxarı sinif şagirdlərində ibarət 21 komandanın mübarizə apardığı yarışma 2 turdan təşkil edilmişdi . Hər komanda 5 nəfərdən ibarət idi.

Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq, tədbir iştirakçılarını Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etdi, yarış iştirakçılarına uğurlar arzuladı.

Yarışın nəticələrinə əsasən ilk üç yeri tutan komandalar kubok və diplomlarla mükafatlandırıldılar. İlk üç yeri Samux şəhər 3 saylı tam orta məktəb (1-ci yer), Samux şəhər 2 saylı tam orta məktəb (2-ci yer), Samux şəhər 1 saylı tam orta məktəb (3-cü yer) komandaları tutdular.

Birinci turun qalibi olan digər 8 məktəbin komandası isə fəal iştiraklarına görə diplamlarla mükafatlandırıldılar.

Sonda yarış iştirakçıları YAP Samux rayon təşkilatının inzibati binasının qarşısında xatirə şəkli çəkdirdilər.
[xfvalue_fotolar image="5"] [xfvalue_fotolar image="6"] [xfvalue_fotolar image="7"] [xfvalue_fotolar image="8"] [xfvalue_fotolar image="9"] [xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

12169 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2021
25-11-2021