Mobil versiya
Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Şəmkir rayonunda şəhid ailələrinin ziyarəti davam edir - FOTOLAR
Tarix: 13-10-2021 | Saat: 11:15
Bölmə:Cəmiyyət | çapa göndər

Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Şəmkir rayonunda şəhid ailələrinin ziyarəti davam edir

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri Şəmkirin Qədimqala kəndindən olan şəhid Elçin Bəxtiyar oğlu İsrafilzadənin və Şəmkir rayonunun Morul kəndindən olan Etibar Teyyub oğlu Cəfərovun məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıb, ailələrini ziyarət ediblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərib, canlarından keçiblər. Bu gün dövlətimiz tərəfindən onların ailələrinə hər cür mənəvi və maddi dəstək göstərilir. Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir, xalqımız həmişə onları ehtiramla yad edəcək.

Qeyd olunmuşdur ki, şəhidlərimiz erməni təcavüzünə qarşı döyüşlərdə qəhrəmancasına iştirak edib, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərərək, şəhidlik zirvəzinə ucalmışlar.

Şəhidlərin ailə üzvləri bu ziyarətlərin onlar üçün böyük təsəlli olduğunu vurğulayıb və göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024