Mobil versiya
Fransa Millətlər Liqasının qalibi oldu
Tarix: 11-10-2021 | Saat: 10:23
Bölmə:İdman | çapa göndər

Fransa Millətlər Liqasının qalibi oldu


Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

aia.az xəbər verir ki, həlledici oyunda İspaniya və Fransa milliləri qarşılaşıb. Milandakı "San-Siro" stadionunda keçirilən görüşdə Fransa rəqibinə qalib gəlib - 2:1. Bununla da komanda Millətlər Liqasının qalibi olub.

Həmçinin bu gün İtaliya və Belçika yığmaları üçüncü yer uğrunda üz-üzə gəlib. İtaliya rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Komanda Millətlər Liqasının 3-cüsü olub.

10 oktyabr

UEFA Millətlər Liqası, final mərhələsi

Final

22:45. İspaniya - Fransa - 1:2

Qollar: Oyarzabal, 64 - Benzema, 66. Mbappe, 80.

Baş hakim: Entoni Teylor (İngiltərə)

Milan. "San-Siro" stadionu



Üçüncü yer uğrunda görüş

17:00. İtaliya - Belçika - 2:1

Qollar: Barella, 46 (1:0), Berrardi, 65 pen. (2:0), De Ketelare, 86 (2:1)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Turin. "Yuventus" stadionu

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024