Ana Sayfa > İdman > Fransa Millətlər Liqasının qalibi oldu
Fransa Millətlər Liqasının qalibi oldu11-10-2021, 10:23. Yazar: sevinc1 |
Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşib. aia.az xəbər verir ki, həlledici oyunda İspaniya və Fransa milliləri qarşılaşıb. Milandakı "San-Siro" stadionunda keçirilən görüşdə Fransa rəqibinə qalib gəlib - 2:1. Bununla da komanda Millətlər Liqasının qalibi olub. Həmçinin bu gün İtaliya və Belçika yığmaları üçüncü yer uğrunda üz-üzə gəlib. İtaliya rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Komanda Millətlər Liqasının 3-cüsü olub. 10 oktyabr UEFA Millətlər Liqası, final mərhələsi Final 22:45. İspaniya - Fransa - 1:2 Qollar: Oyarzabal, 64 - Benzema, 66. Mbappe, 80. Baş hakim: Entoni Teylor (İngiltərə) Milan. "San-Siro" stadionu Üçüncü yer uğrunda görüş 17:00. İtaliya - Belçika - 2:1 Qollar: Barella, 46 (1:0), Berrardi, 65 pen. (2:0), De Ketelare, 86 (2:1) Baş hakim: Srcan Yovanoviç (Serbiya) Turin. "Yuventus" stadionu Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub. aia.az Geri dön |