Mobil versiya
İqtisadi Şuranın növbəti iclası keçirilib
Tarix: 07-10-2021 | Saat: 18:01
Bölmə:İqtisadiyyat | çapa göndər

İqtisadi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib

Nazirlər Kabinetindən aia.az-a verilən məlumata görə, oktyabrın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ilkin layihəsi ətraflı müzakirə olunub. İclasda 5 Milli Prioritet iqtiqamətində Strategiyanın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 10 alt işçi qrupların rəhbərlərinin görülən işlər, strateji məqsədlər, fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər barədə məruzələri dinlənilib.

İqtisadi Şuranın iclasının 8 oktyabr tarixində davam etdirilməsi planlaşdırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024