Ana Sayfa > İqtisadiyyat > İqtisadi Şuranın növbəti iclası keçirilib
İqtisadi Şuranın növbəti iclası keçirilib7-10-2021, 18:01. Yazar: sevinc1 |
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib Nazirlər Kabinetindən aia.az-a verilən məlumata görə, oktyabrın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ilkin layihəsi ətraflı müzakirə olunub. İclasda 5 Milli Prioritet iqtiqamətində Strategiyanın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 10 alt işçi qrupların rəhbərlərinin görülən işlər, strateji məqsədlər, fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər barədə məruzələri dinlənilib. İqtisadi Şuranın iclasının 8 oktyabr tarixində davam etdirilməsi planlaşdırılıb. aia.az Geri dön |