Mobil versiya
“Azərsu”nun sədr müavini qəzaya düşdü - Özü komadadır, 2 nəfər öldü
Tarix: 02-05-2016 | Saat: 20:04
Bölmə:Cəmiyyət | çapa göndər

“Azərsu”nun sədr müavini qəzaya düşdü - Özü komadadır, 2 nəfər öldü






“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov qəzaya düşüb.

AIA.az-a daxil olan məlumata görə, hadisə bu gün saat 16:00 radələrində "Stansiya Sumqayıt" adlanan ərazidə qeydə alınıb. Belə ki, Teyyub Cabbarov xidməti maşınında tək olmayıb, sürücüsü ilə yanaşı qurumun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov da avtomobildə olub.

Teyyub Cabbarovun olduğu "Toyota-avalon" markalı maşın "Qaz-31"lə toqquşub.

Qəzada iki nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb. Teyyub Cabbarovun vəziyyətinin ağır olduğu, hətta komaya düşdüyü bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024