Mobil versiya
Günay Məmmədzadədən iki qələbə
Tarix: 21-09-2021 | Saat: 12:43
Bölmə:İdman | çapa göndər

Günay Məmmədzadədən iki qələbə

Şahmat üzrə "Hou Yifan Challenge" adlı turnirdə daha dörd turun oyunları keçirilib.

Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında - 10-cu turda Leya Qarifullina (Rusiya) üzərində qələbə qazansa da, növbəti iki turda - Balaji Dagupati (ABŞ) və Vayşali Rameşbabuya (Hindistan) məğlub olub. Yuner Zhu (Çin) ilə son qarşılaşmanı isə şahmatçımız qələbə ilə başa vurub.

Aktivində 3,5 xal olan G.Məmmədzadə 16-cı pillədə yer alır.

Turnirdə iki komandanın - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə