Ana Sayfa > İdman > Günay Məmmədzadədən iki qələbə
Günay Məmmədzadədən iki qələbə21-09-2021, 12:43. Yazar: sevinc1 |
Şahmat üzrə "Hou Yifan Challenge" adlı turnirdə daha dörd turun oyunları keçirilib. Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında - 10-cu turda Leya Qarifullina (Rusiya) üzərində qələbə qazansa da, növbəti iki turda - Balaji Dagupati (ABŞ) və Vayşali Rameşbabuya (Hindistan) məğlub olub. Yuner Zhu (Çin) ilə son qarşılaşmanı isə şahmatçımız qələbə ilə başa vurub. Aktivində 3,5 xal olan G.Məmmədzadə 16-cı pillədə yer alır. Turnirdə iki komandanın - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparır. AİA.Az Geri dön |