Mobil versiya
Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı
Tarix: 15-09-2021 | Saat: 17:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı


Daxili İşlər Nazirliyi (DİN) erməni mətbuatında Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: "Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-02-2025