Mobil versiya
Gorus-Qafan yolunda İran avtobusları da yoxlanılır
Tarix: 14-09-2021 | Saat: 17:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gorus-Qafan yolunda İran avtobusları da yoxlanılır

Gorus-Qafan dövlətlərarası yolunda Azərbaycan polisi və sərhədçiləri bugündən etibarən təkcə İranın yük maşınlarını deyil, həm də sərnişin avtobuslarını da yoxlamağa başlayıb.

Axar.az xəbər verir ki, bunu Gorusun meri Karo Köçəryan deyib.

“Azərbaycanlılar bizim maşınları saxlamırlar, amma dayanmağa da icazə vermirlər. Sadəcə bizi buraxırlar və İran nömrələri olan maşınları yoxlayırlar”, - Köçəryan bildirib.

Qeyd edək ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Azərbaycan polis postu qurulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-02-2025