Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib -Fotolar
Tarix: 25-09-2026 | Saat: 18:57
Bölmə:Siyasət / Parlament | çapa göndər

Sentyabrın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Arzu Nağıyev gündəlikdəki məsələni- Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qanun layihəsi barədə danışan komitə sədri bildirib ki, sənəddə bir sıra qanunvericilik aktlarının mövcud maddələrində dəyişikliklərin edilməsi təklif olunur. Qeyd edilib ki, sənəddə edilən dəyişikliyə əsasən hüquq mühafizə orqanlarında, həmçinin bir sıra dövlət qurumlarında xidmət keçən şəxslərin maddi, pensiya və sosial təminat məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi təklif olunur. Layihədə hərbi qulluqçuların gəlirlərinin vergidən azad edilməsi ilə bağlı müddəalara, əməkhaqqı və yeni xidmət yerinə köçmə xərclərinin ödənilməsi qaydalarına dəyişikliklər nəzərdə tutulur. Bununla belə, təminatlardan istifadə hüququ olan şəxslərin kateqoriyasının dəqiqləşdirilməsi və hüquqi tənzimləmənin təkmilləşdirilməsi nəzərdə tutulur.
Müzakirəyə çıxarılan qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitənin üzvləri Kamal Cəfərov, Azər Kərimli, Aydın Mirzəzadə, Elman Məmmədov, Hikmət Məmmədov, Qaya Məmmədov, Ramid Namazov, Gülşən Paşayeva, Səbinə Salmanova, Mahir Süleymanlı, Samir Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-09-2026