Mobil versiya
Qazax rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
Tarix: 25-09-2026 | Saat: 18:30
Bölmə:Ölkə | çapa göndər

Qazax rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib


Qazax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti, Aqrar Sığorta Fondu, digər aidiyyəti qurumların nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr barədə məlumat verib. İcra Hakimiyyətinin başçısı Dövlət Proqramının rayon üçün əhəmiyyəti, fermer və sahibkarlar üçün dövlət dəstəyinin önəmini qeyd edib. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə Rayon İcra Hakimiyyəti arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Dövlət Proqramının əsas hədəfləri, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Qeyd edib ki, Aqrar Subsidiya Şurasının 7 sentyabr 2026-cı il tarixli qərarı ilə bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələrində subsidiya mexanizmləri yenilənib, fermerlər üçün mövcud dəstək şərtlərində dəyişikliklər edilib. Yeni mexanizmlər müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və ərzaq təminatının gücləndirilməsinə yönəlib. Fermerlərin dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanmasının vacibliyi diqqətə çatdırılıb.

Müşavirədə quşçuluğun inkişafı, torpaqların konsolidasiyası, kənd təsərrüfatı kreditləri, toxum idxalı, üzümçülüyün və şərabçılığın inkişafı, kənd təsərrüfatında mövsümi işlərin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda fermer və sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib.

Tədbirdən sonra nazir müavini Zaur Əliyev "İnvestel Group" MMC-nin əkin sahələri, fermer Natiq Məmmədova məxsus heyvandarlıq təsərrüfatı və rayon ərazisində yerləşən 2500 ton tutumlu soyuducu anbara baxış keçirib. Fermerlərlə keçirilən görüşlərdə əkin sahələrində müasir aqrotexniki qulluq qaydalarının tətbiqi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, əkin subsidiyası, heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemləndirilməsi, fermerlərə göstərilən aqrar xidmətlər, həmçinin məhsulun saxlanması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Təsərrüfatların daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2026