Ana Sayfa > Karusel / Gündəm > Gorus-Qafan yolunda İran avtobusları da yoxlanılır
Gorus-Qafan yolunda İran avtobusları da yoxlanılır14-09-2021, 17:57. Yazar: sevinc1 |
Gorus-Qafan dövlətlərarası yolunda Azərbaycan polisi və sərhədçiləri bugündən etibarən təkcə İranın yük maşınlarını deyil, həm də sərnişin avtobuslarını da yoxlamağa başlayıb. Axar.az xəbər verir ki, bunu Gorusun meri Karo Köçəryan deyib. “Azərbaycanlılar bizim maşınları saxlamırlar, amma dayanmağa da icazə vermirlər. Sadəcə bizi buraxırlar və İran nömrələri olan maşınları yoxlayırlar”, - Köçəryan bildirib. Qeyd edək ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Azərbaycan polis postu qurulub. aia.az Geri dön |