Mobil versiya
Müəllim və tələbələrə vaksinasiya ilə bağlı güzəşt ola bilər - RƏSMİ
Tarix: 14-09-2021 | Saat: 12:47
Bölmə:Manşet / Təhsil | çapa göndər

Müəllim və tələbələrə vaksinasiya ilə bağlı güzəşt ola bilər -


Təhsil Nazirliyi təhsil işçilərinin oktyabrın 1-dən yox, bütün ay ərzində hər iki peyvəndin dozasını qəbul edə bilməsi təklifini verib.

aia.az-ın məlumatına görə, bunu bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, təhsil işçilərinin 84 faizinin vaksinasiyası yekunlaşıb. Vaksinasiya prosesini sürətləndirmək üçün 5 vaksinasiya məntəqəsi yaradılıb: “Təhsil işçiləri rahat şəkildə gəlib burada vaksin vurdura bilərlər.

Hesab edirik ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək ki, ay ərzində koronavirus əleyhinə vaksinin hər iki dozasını qəbul edə bilsinlər. Hazırda bu istiqamətdə müzakirələr davam edir. Daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024