Mobil versiya
Şamaxıda su quyusuna düşən kişi xilas edildi - VİDEO
Tarix: 13-09-2021 | Saat: 17:58
Bölmə:Ölkə | çapa göndər

Şamaxıda su quyusuna düşən kişi xilas edildi -

13 sentyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Muğanlı kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in verdiyi xəbərə görə, məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dərinliyi təqribən, 8 metr olan su quyusuna düşmüş 1963-cü il təvəllüdlü Bədəlov İsa Musa oğlunun üzərinə çay daşları ilə hörülmüş quyunun divarının bir hissəsi tökülməklə vətəndaşın həyatı üçün təhlükəli vəziyyət yaranıb. Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi vasitələrlə İ. Bədəlovu quyudan çıxararaq həyatını xilas ediblər.

Vətəndaş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024