İNTİHARLARA DUR , DEYİRİK!... 10 - SENTYABR BU GÜN DÜNYADA İNTİHARLA MÜBARİZƏ GÜNÜDÜR...
Tarix: 10-09-2021 | Saat: 10:08
Bölmə:Gündəm | çapa göndər
...Bəli,gücsüz,çökmüş zəif ruh, dözülməzlik, çarəsizlik və son hədd –İNTİHAR!...Hər şeydən əli üzülən insanın son çarəsi...
İslam dinində özünəqəsd qəbuledilməzdir.
...“Çünki Allahın rəhmətindən ümidinizi üzməyin.Çünki,Allahın rəhmətindən ümidini üzənlər onu tanımayanlar (inkar edənlər) dəstəsidir.(Yusif,12/87).
...”Özünüzü öldürməyin” (Nisa,4/29)...
Təəssüflər olsun ki,ölkəmizdə son illərdə özünəqəsd, intihar hallarının sayı artıb.Statistik göstəricilərə görə, intihara cəhd göstərənlərin 70% depressiv səbəblərdən, eyni zamanda sosioloji , biloji, ailə-məişət problemləri səbəbindən canına qəsd edir. Çox təəssüflər olsun ki, bu gün sosial şəbəkələrin əsas manşet xəbərlərinə çevrilən ölüm xəbərləri günü-gündən çoxalır.
...Bəs kimdir,müqəssir?...Bir cavab var. Cəmiyyət!.. Bir laqeydlik, biganəlik toxumu səpilən cəmiyyət !...Bu gün özünə qəsd edən Elenanın da, Sevilin də, Fidanın, Gülərin, Naidanın , Aytənin, Aqşinin ardınca səhəri günü özünə qəsd edən yeniyetmə qızın da ölümündə hər birimiz müqəssirik!...
...Gəlin, neçə-neçə yarımçıq qalan , açmadan solan, fidan ömürlərin məhv olmasına şahidlik etməyək!...Bu gün cəmiyyətin hər bir nümayəndəsi bu işdə çox həssas olmalıdır. Hər bir valideyn də,müəllim də,həkimi, psixoloqu da, dostu, tanışı, qonşusu ,ətrafı da., hamımız...
Gəlin, bu olümlərə dur , deyək!... Gəlin, neçə-neçə açmadan solan bahar ömürlərə qıymayaq. Ətrafımızdakı insanlara biganə olmayaq. İçimizdəki ən böyük dərdimiz olan anlamaq dərdini çözək... Niyə biz- bir- birimizi anlamırıq?!... İşdə ,aildə və s. Bununla bağlı cəmiyyətdə artıq bir SOS həyəcan təbili çalınmalıdır... İntihar halları ilə bağlı yerlərdə maarifləndirmə işləri gücləndirilməli ,bu sahədə ciddi təbliğat aparılmalıdır.
Bu işlər hansı səviyyədədir?.. baş verəcək bu halların qarşısını öncədən almaq məqsədilə ilk müraciət olunacaq mərkəzlər, qaynar xətlər barədə təhsil müəssisələrində, ictimai yerlərdə bu barədə məlumat varmı?... Düşünürəm, bu sahədə görüləcək işlər çoxdur. Psixoloji Sağlamlıq Mərkəzinin krizis xətti, Təhsil Nazirliyinin qaynar xəttləri barədə məlumat verilməli, sosial şəbəkələrdə roliklər, çarxlar hazırlanmalı ,Təhsil müəssisələrində gənclərlə maarifləndirmə xarakterli söhbətlər aparılmalı , plakatlar və s. təşkil edilməli bir sözlə bu sahədə ciddi təbliğat işləri görülməlidir.Təhsil müəssisələrində müəllim ,valideyn, psixoloqların bu sahədə birgə iş birliyi aparılmalıdır.Psixoloqlar bu halların baş vermə səbəblərini , bunun qarşısını alınması yollarını araşdırmalı, bununla bağlı müxtəlif sosial layihələr həyata keçirilməlidir. Bu işə hər bir vətəndaş həssaslıqla yanaşmalıdır.
Bir müəllim kimi,bu gün bir daha hər bir valideynə səslənirəm:
” Əziz valideynlər, övladınızı yaxşı tanıyın , onunla dost olmağa çalışın, onları qoruyun!. Unutmayaq ki, hələ həyatın , ölümün mahiyyətini dərk etməyən, özünə qəsd edən bu yeniyetmələrin, gənclərin hər birinin ölümü gələcəyimizin, gələcəyimizlə bağlı qurduğumuz həm də ən gözəl arzuların da məhvi demək
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi,
BDU-nun dissertantı Günəş Zakirqızı
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-02-2025