Mobil versiya
Məmmədyarov Kasparovu yenə mat etdi
Tarix: 09-09-2021 | Saat: 11:42
Bölmə:Karusel / İdman | çapa göndər

Məmmədyarov Kasparovu yenə mat etdi

Şahmat üzrə “Champions Showdown: Chess 9LX” turnirinə start verilib.

10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.

Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrava (Fransa) uduzub. “Şah” III turda keçmiş dünya çempionu Harri Kasparov (Rusiya) üzərində qələbə qazanıb.

Bu nəticədən sonra Məmmədyarov 2 xalla üçüncü sırada qərarlaşıb. İlk sırada 2,5 xalı olan Fabiano Karuanadır (ABŞ).

Qeyd edək ki, bu gün Şəhriyar Məmmədyarov Vesli So (ABŞ), Leynyer Dominqes Peres (ABŞ) və Sem Şənkləndlə (ABŞ) matç keçirəcək.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024