Ana Sayfa > Karusel / İdman > Məmmədyarov Kasparovu yenə mat etdi
Məmmədyarov Kasparovu yenə mat etdi9-09-2021, 11:42. Yazar: sevinc1 |
Şahmat üzrə “Champions Showdown: Chess 9LX” turnirinə start verilib. 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrava (Fransa) uduzub. “Şah” III turda keçmiş dünya çempionu Harri Kasparov (Rusiya) üzərində qələbə qazanıb. Bu nəticədən sonra Məmmədyarov 2 xalla üçüncü sırada qərarlaşıb. İlk sırada 2,5 xalı olan Fabiano Karuanadır (ABŞ). Qeyd edək ki, bu gün Şəhriyar Məmmədyarov Vesli So (ABŞ), Leynyer Dominqes Peres (ABŞ) və Sem Şənkləndlə (ABŞ) matç keçirəcək. AİA.Az Geri dön |