Zakir Hüseynov: “Şuşa öz xilaskarlarını 28 il səbrlə gözlədi”
Tarix: 02-09-2021 | Saat: 11:00
Bölmə:Gündəm | çapa göndər

“Şuşa 1752-ci ildə təməli Pənahəli xan tərəfindən qoyulan ilk gündən Azərbaycan şəhəri olub. Bu, indi də belədir və əsrlər sonra da belə qalacaq. Xislətləri oğurluqla, başqasına məxsus olanı mənimsəməklə yoğrulan ermənilər bu həqiqəti xoşluqla anlamaq istəmədilər. Buna görə də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu missiyanı öz üzərinə götürməli oldu. Şuşa 28 il işğala dözdü. Sınmadı, əyilmədi və nəhayət öz xilaskarlarına və doğma Vətənə qovuşdu. Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində olduğu kimi, Şuşada da böyük vüsətlə bərpa-quruculuq işləri aparılır. Artıq bütün dünya erməni vandallarının bu torpaqlarda törətdikləri vəhşilikləri də, Azərbaycanın yaradıcı ruhunun səmərəsini də aydın görür.”
Bu sözləri saytımıza verdiyi açıqlamasında Azərbaycan Dövlət Aqrar Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının müdiri, YAP Gəncə şəhər təşkilatı İdarə Heyətinin üzvü, əməkdar müəllim Zakir Hüseynov deyib.
Hakim partiya təmsilçisi xüsusi olaraq vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri ümumilikdə Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcıdır: “Torpaqlarımızın işğal altında qaldığl 30 ilə yaxın müddət ərzində davam edən danışıqlar prosesinin heç bir nəticəsi olmadı. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, indiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə və ən əsası da bunu bizə qəbul etdirməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti hər zaman deyirdi ki, alternativ var və bu, torpaqların müharibə yolu ilə azad edilməsidir. 44 günlük Vətən müharibəsi dövlət başçımızn haqlı olduğunu bütün dünyaya göstərdi. Azərbaycan öz tarixində bənzəri olmayan möhtəşəm Qələbə qazandı. Bu tarixi Qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratdı və Azərbaycan bu reallıqlardan yararlanaraq öz inkişafının yeni daha yüksək mərhələsinə qədəm qoydu. Məhz işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri də Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıc nöqtəsi kimi qəbul edilə bilər.”
Həmçinin Zakir Hüseynov qeyd edib ki, işğal dövründə öz nəzarətləri altında olan bütün torpqlarda, o cümlədən Şuşa şəhərində xalqımızın illər-əsrlər boyunca qurub-yaratdığı evləri, muzeyləri, məscidləri, tarixi-mədəni abidələrimizi dağıdıb talan etməklə erməni vandalları özləri də bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını bildiklərini etiraf etmiş olublar: “Torpağın əsl sahibləri həmin torpaqda yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələciyini təmin etmək üçün iş görür. Necə ki, bu gün artıq işğaldan azad edilmiş torpaqlarda Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük vüsətlə quruculuq işləri aparır. Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyi zaman dövlətimizin başçısı demişdi ki, Şuşada Vaqif Poeziya Günləri bərpa ediləcək, “Xarı bülbül” festivalı yenidən keçiriləcək. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bu sözlərin üstündən hələ çox az müddət keçsə də, biz artıq dövlət başçımızın bu vədlərinin də necə ardıcıllıqla həyata keçdiyini müşahidə edirik. May ayının 12-13-də Şuşada, Cıdır düzündə keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalı Azərbaycan mədəniyyətinin növbəti təntənəsi oldu. Bu tarixi hadisədən cəmi üç ay sonra, avqustun 30-da Şuşada Vaqif Poeziya Günləri işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə yenidən təşkil olundu. Çox əlamətdar bir haldır ki, Vaqif Poeziya Günlərinin açılışı məhz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə keçirildi. Qeyd etmək lazımdır ki, Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdi və bu, eyni zamanda həm mədəni-tarixi, həm də siyasi baxımdan son dərəcə önəmli bir hadisə idi. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Nəzərə almaq lazımdır ki, həmin dönəmdə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi və ermənilər bütün dünyanı Şuşanın erməni şəhəri olduğuna inandırmaq üçün böyük səylər göstərirdilər. Lakin Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldıldı və Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi bir daha öz yerini tapdı.”
Sonda Zakir Hüseynov Şuşanın həm də vacib strateji əhəmiyyətini vurğulayaraq bunları deyib: “Bir faktı da nəzərə almaq lazımdır ki, Şuşa həm də coğrafi yerləşməsinə görə çox böyük strateji əhəmiyyət kəsb edir. Ötən əsrin 92-93-cü illərində məhz Şuşanın itirilməsi digər rayonların işğalına yol açdı. Biz ilk öncə Şuşanın strateji əhəmiyyətini itirdik və bundan sonra düşmən 1992-ci ilin mayında Laçını, 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi. Beləliklə Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradıldı və bu fakt, eləcə də o vaxt Azərbaycanda hökm sürən hərc-mərclik, nizami ordunun olmaması, davam edən vətəndaş qarşıdurması bizim məğlubiyyətimizi qaçılmaz etmişdi. Ancaq Azərbaycan xalqı heç vaxt bu işğalla barışmadı. Bu gün şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün torpaqlarımızı, o cümlədən Şuşanı azad edib və bu, bir reallıqdır. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr ermənilər tərəfindən dağıdıldı. Həmçinin 39 il əvvəl Şuşada Ulu Öndərin iştirakı ilə açılışı olmuş Vaqifin məqbərəsi də Erməni vandalizminin qurbanı oldu. Lakin torpaqlarımız azad ediləndən sonra məqbərənin bərpasını Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürdü. Beləliklə, dahi şairimizin məqbərəsi də, Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi. Ümumiyyətlə, Şuşanın bərpası istiqamətində 7 ay ərzində artıq çox böyük işlər görülüb. Şuşanın elektrik təsərrüfatı bərpa edilib, şəhərə suyun verilməsi bərpa olunub, tarixi abidələrin bərpasına start verilib. O cümlədən Xan qızı Natəvanın bulağı bərpa edilib. Hal-hazırda üç məsciddə təmir-bərpa işləri gedir. Qeyd edək ki, bu məscidlərin təmirini də Heydər Əliyev Fondu öz üzərinə götürüb. Şuşada “Xarıbülbül” hoteli istifadəyə verilib və artıq may-iyun aylarında ilk qonaqlarını qəbul edib. Bütün bunlar bir daha göstərir ki, Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılır və bu tədbirlər artıq öz möhtəşəm nəticələrini verməkdədir.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-03-2025
14-03-2025