Saxta vaksin sənədi ilə bağlı cinayət işi açıldı
Tarix: 02-09-2021 | Saat: 14:50
Bölmə:Karusel / Gündəm | çapa göndər
![Saxta vaksin sənədi ilə bağlı cinayət işi açıldı](https://cdn.axar.az/2017/06/12/xestexana-.jpg)
Ağcabədi rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsinin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə COVİD-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə COVİD-19 əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-02-2025