Mobil versiya
İctimai yerlərdə 9 koronavirus xəstəsi saxlanılıb, 5 nəfərə cinayət işi açılıb
Tarix: 31-08-2021 | Saat: 12:00
Bölmə:Ölkə / Seçki 2024 | çapa göndər

İctimai yerlərdə 9 koronavirus xəstəsi saxlanılıb, 5 nəfərə cinayət işi açılıb


Avqustun 30-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AİA.Az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024