Ana Sayfa > Ölkə / Parlament > İctimai yerlərdə 9 koronavirus xəstəsi saxlanılıb, 5 nəfərə cinayət işi açılıb
İctimai yerlərdə 9 koronavirus xəstəsi saxlanılıb, 5 nəfərə cinayət işi açılıb31-08-2021, 12:00. Yazar: admen |
Avqustun 30-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AİA.Az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir. AİA.Az Geri dön |