Mobil versiya
Qərbin atəşkəsi təmin etməyə gücü çatmır?
Tarix: 30-04-2016 | Saat: 10:21
Bölmə:Karusel | çapa göndər

Qərbin atəşkəsi təmin etməyə gücü çatmır?





Ekspertlər Ermənistanın arxayınlığının səbəblərindən danışıblar...

Cəbhə bölgəsində yenidən atəşkəsin pozulması, davam edən hərbi əməliyyatlar Ermənistanın arxayınlığı ehtimalını yaradır.

Bu məsələdə beynəlxalq güclərin özünü necə aparması da xeyli suallar yaradır. Azərbaycana böyük yatırımlar qoyan, enerji layihələrində böyük paya sahib ölkələrin atəşkəsə can atmaması da maraqlı və düşündürücü nüansdır.

Maraqlıdır, görəsən, Qərbin Ermənistanı atəşkəsə əməl etdirməyə gücü çatmır, yoxsa beynəlxalq birlik bölgədə sabitlikdə maraqlı deyil? Rəyini öyrəndiyimiz ekspertlər musavat.com-a bununla bağlı fikirlərini açıqlayıblar.

Ekspert Natiq Miri musavat.com-a açıqlamasında bildirib ki, əslində Qərbin və Rusiyanın atəşkəsə gücləri çatır, sadəcə, bu yöndə siyasi iradə ortada yoxdur: “Bunun cavabı birmənalıdır. Bu, həmin dünya güc mərkəzlərinin geosiyasi maraqlarına uyğun deyil. İndiki şəraitdə Azərbaycanın qələbəsi nə Rusiyaya, nə də digər Minsk qrupu həmsədr dövlətlərinə sərf etmir. Ona görə də Etmənistan işğalçı olmasına rəğmən bütün beynəxalq hüququ ayağının altına alaraq dünya üçün yenidən danışıqlar masasına qayıtmaqdan ötrü üç şərt qoyur. Hansı ki, BMT-nin bu Qarabağ problemi ilə bağlı, bilavasitə Ermənistanın işğal etdikləri torpaqlarla bağlı dörd qətnaməsi ortada var. Bu qətmanə ortada varkən, işğalçı tərəf durub bütün dünya güclərinə əlavə üç şərt qoyur ki, yalnız bunlar yerinə yetirildiyi təqdirdə, danışıqlar masasına oturacaqlar. Bu, onu göstərir ki, hüquq geosiyasi maraqlar kontekstində bəzən işləmir. O geosiyasi maraqlar gərəkdirdiyində hətta Rusiya kimi dünya gücünə belə beynəxalq hüquq tətbiq olunur. Ancaq indiki durumda beynəxalq hüquqdan əsər-əlamət yoxdur. Çünki geosiyasi maraqlar bunu gərəkdirmir, əhəmiyyətli hesab etmir. Problem budur”.

Ekspert Elxan Şahinoğlunun sözlərinə görə isə, atəşkəslə kifayətlənmək də əslində düzgün deyil: “Çünki bu gün bölgəyə təsiri olan dövlət Rusiyadır. Həm Ermənistanla strateji müttəfiqdir, Azərbaycanla da strateji tərəfdaşdır, Azərbaycana xeyli miqdarda silah satır. Onun səyləri nəticədində atəşkəs razılaşması əldə olundu. Amma bu gün atəşkəsə riayət olunurmu? İşğalçı dövlət bizim yaşayış məntəqələrinin vurur və Azərbaycan ordusu məcburiyyət qarşısında bu maneələri dəf etməli olur. Yəni Rusiya artıq atəşkəsə nail ola bilmir. O ki qaldı Qərb ölkələrinə, bu ölkələr Azərbaycanda enerji layihələrimizdə böyük paya sahibdirlər. Əslində müharibənin başlanması və genişlənməsi həmin enerji layihələrinı, boru xəttlərinə də müəyyən qədər təhlükələr yaradır. Qərbin burada aktivləşməsi vacibdir. ABŞ, Böyük Britaniya kimi ölkələrin bu məsələdə fəallaşması vacibdir. Azərbaycan neçə ildə bu ölkələrin həm sözdə, həm də əməldə Azərbaycanın ərazi bütövlüyüyü dəstəkləməsinə ehtiyac duyub.

Düzdür, son il yarımda amerikalı diplomatlar, Amerikanın Azərbaycandakı səfiri də müsbət addım kimi hər zaman deyirlər ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Amma bu, azdır. Bizim gözləntimiz odur ki, Ermənistana təzyiq və təsirləri artırsınlar. Çünki Ermənistan Rusiyanın forpostu olsa da, biz bilirik ki, ABŞ da Ermənistana müəyyən maliyyə ianələri edir. Demək alət var ki, Ermənistana təzyiqi artırsın. Amma çox təəssüf ki, biz bunu müşahidə etmirik”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024