Mobil versiya
YAP Sabirabad rayon təşkilatı və Sabirabad RİH Şəhid ailələri ilə növbəti görüşü.
Tarix: 27-08-2021 | Saat: 16:13
Bölmə:Gündəm | çapa göndər

YAP Sabirabad rayon təşkilatı və Sabirabad RİH  Şəhid ailələri ilə növbəti görüşü.

YAP Sabirabad rayon təşkilatı və Sabirabad RİH “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində rayonun Ətcələr kəndindən olan şəhid Əkbərov Rahil Canəhməd oğlu, şəhid Tağıyev Fuad Mərdan oğlu və Osmanlı kəndindən olan şəhid Məlikzadə Fərhad Nadir oğlunun ailələrində oldular.

Görüşlər zamanı bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Sabirabad rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva qeyd edib ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir Şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə öz təşəkkürlərini bildirblər. Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənildi, onlara ərzaq sovqatı və yardım göstərilib.
Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə rəhmət eləsin!

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə