Mobil versiya
Rusiyada azərbaycanlıların yas məclisinə POLİS BASQINI
Tarix: 26-08-2021 | Saat: 17:01
Bölmə:Gündəm | çapa göndər

Rusiyada azərbaycanlıların yas məclisinə POLİS BASQINI

Rusiyanın Yekaterinburq şəhərində polis azərbaycanlıların yas məclisini dağıdıb.
AİA.Az lent.az-a istinadən xəbər verir ki, şəhərin Çkalov küçəsi 231 ünvanına yığışan azərbaycanlılar mərhum həmyerlilərinin 7 mərasimini qeyd etmək istəyiblər.

Amma hadisə yerinə gələn polislər buna imkan verməyib, mərasimə gələn kişiləri asfaltın üzərinə uzadıb diz çökdürüblər.

Polisdən bildirilib ki, onlar hadisə yerinə yerli sakinlərdən birinin insanların kütləvi toplaşması barədə zəngindən sonra gəliblər. Mərasimə yığışanların sənədləri yoxlanandan sonra sərbəst buraxılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə