Mobil versiya
Bir daha söz veririk ki... - Ərdoğan
Tarix: 26-08-2021 | Saat: 14:42
Bölmə:Gündəm | çapa göndər

Bir daha söz veririk ki... - Ərdoğan

Tariximizdə asan qazanılan zəfər yoxdur. Malazgird zəfərinin arxasında böyük fədakarlıqlar dayanır. Bizim üçün Malazgird tarixin tozlu səhifələrində qalan sıradan bir qələbə deyil.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbir zamanı deyib.

"Bir daha söz veririk ki, böyük və güclü Türkiyəyə gedən yolun kəsilməsinə icazə verməyəcəyik. O illərdə, tariximizin hər dövründə olduğu kimi, dövlətimizi məhv etməyə yönəlmiş daxili və xarici hücumlarla qarşılaşdıq. Sultan Alparslanın 9 illik hakimiyyəti xalqın məmnuniyyətinin zirvəyə çatdığı bir dövr idi. Sultan Alparslan bu geniş coğrafiyada birlik və ədalət qurmaq üçün səmimi səylər göstərdi”, - Ərdoğan bildirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-02-2025