Zamiq Həsənov: “Humanizm, xeyirxahlıq və insansevərlik Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini istiqamətləndirən əsas prinsiplərdir”
Tarix: 25-08-2021 | Saat: 17:00
Bölmə:Gündəm | çapa göndər
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda təhsilin inkişafına xüsusi diqqət və həssaslıqla yanaşılmış, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılmışdır. Bu gün də ölkəmizdə bütün sahələrdə ulu öndərimizin daxili və xarici siyasəti, iqtisadi və sosial sahələr üçün müəyyən etdiyi strateji istiqamətlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, son illərdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də elm və təhsil sahəsində möhtəşəm nailiyyətlər əldə edə bilib.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində misilsiz xidmətləri vardır. Müasir Azərbaycanın quruculuğunda ən effektiv şəkildə iştirak edən Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi fəaliyyəti dövründə qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Diqqətəlayiq haldır ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda bütün dünyada sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir.
Qeyd olunmalıdır ki, qayğıya ehtiyacı olanlara daim ana nəvazişi ilə yanaşma tərzi Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin baza prinsiplərini formalaşdıran əsas amillərdən biridir. İndiyədək ölkəmizdə həyata keçirilmiş bir çox möhtəşəm layihələr, o cümlədən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması da məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir. Qeyd edilən müəssisələrin və mərkəzlərin açılışında iştirak edən Mehriban xanım onu əhatə edən körpələrə, uşaqlara, qayğıya ehtiyacı olan şəxslərə hər zaman ana nəvazişi ilə yanaşmışdır.
Əlbəttə ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində onun məhz Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyi misilsiz layihələr ən önəmli yerlərdən birini tutur. Mehriban xanımın təşəbbüsü, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif layihələrin reallaşdırılması bu sahələrin inkişafına misilsiz töhfələr verir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Mehriban xanım Əliyevanın fəaliyyətində ölkənin təhsil və səhiyyə sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi yer tutur. Ölkəmizdə Birinici xanımın bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində, səhiyyəmizin inkişafı və təkmilləşdirilməsi istiqamətində hər il möhtəşəm layihələr həyata keçirilir. Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.
Həmçinin humanizm və çeviklik Mehriban xanım Əliyevanın fəaliyyətində əks olunan əsas keyfiyyətlərdir. 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında Heydər Əliyev Fondu olduqca vacib işlər görmüşdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgədə birliyin əməkdaşları və könüllüləri tərəfindən zəlzələdən ziyan çəkənlərə tibbi, psixoloji, ərzaq yardımları göstərilmiş, sosial vəziyyəti ağır olan ailələrin problemləri araşdırılmış, müvafiq köməklik göstərilmişdir.
Beləliklə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın genişmiqyaslı, fədakar və çoxşaxəli fəaliyyəti dövlətimizin inkişafına misilsiz töhfələr verməkdədir.
Zamiq Həsənov,
Daşkəsən Peşə Məktəbinin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-02-2025
05-02-2025