Mobil versiya
MLI nümayəndələri Füzulidə yerləşən minaaxtaran itlərin təlim mərkəzini ziyarət ediblər
Tarix: 25-08-2021 | Saat: 17:10
Bölmə:Gündəm | çapa göndər

MLI nümayəndələri Füzulidə yerləşən minaaxtaran itlərin təlim mərkəzini ziyarət ediblər


Marşal İrsi İnstitutunun (MLI) nümayəndələri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə rəsmi görüşdən sonra ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət etdilər.

ANAMA-dan AİA.Az-a verilən məlumata görə, burada, 23 avqust tarixində gətirilən 10 baş minaaxtaran itlərə baş çəkdilər, dördayaqlı köməkçilərin saxlanması, qidalanması və gələcək akkreditasiya prosedurları barədə MLI nümayəndələrinə geniş məlumat verildi.

ANAMA-nın minaaxtaran itlərin təlim mərkəzinə gətirilən itlərdən ikisinin ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyilə Paşa bank və Kapital bank tərəfindən maliyyəşməsi vurğulandı. Tərəfdaşlar itlərin adlarını seçdi: Hünər və Bir İnci. Bu itlərə xüsusi hazırlanmış və üzərində adları qeyd olunan boyunluqlar bağışlanıldı.

MLI prezidenti Perri Baltimor qeyd etdi ki, 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 minaaxtaran itin verilməsi nəzərdə tutulub. Yerdə qalan 20 minaaxtaran itin öncədən razılaşdırılmış tarixlərdə ANAMA-ya çatdırılacağı qeyd edildi. Müvafiq anlaşma memorandumu və müqavilə sənədinin 26 avqust tarixində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor arasında imzalanacağı planlaşdırılır.

Qeyd edək ki, 10 xüsusi təlim keçmiş it 23 avqust tarixində Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq Azərbaycana çatdırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-02-2025